EN
AZ RU EN

ABOUT US

HAMISI İNSANDAN BAŞLAYIR

PragmaMedical olaraq əsas məqsədimiz insanların sağlamlığının qorunmasına,həyat keyfiyyətini yaxşılaşdırlmasına və daha sağlam gələcəyin formalaşmasına töhfə verməkdir.Fəaliyyətimizin mərkəzində insan və onun sağlamlığı dayanır.Hazırladığımız və təqdim etdiyimiz hər bir məhsul pasiyentlərin real ehtiyacları nəzərə alaraq,elmi yanaşma və müasir tibbi tələblər əsasında seçilir və cəmiyyətin sağlamlığına xidmət edir.

Fəaliyyətimizin əsas istiqamətlərindən biri yara müalicəsi və yara baxımıdır. Müasir tərkibli gellər,spreylər,antiseptik məhlullar və digər innovativ tibbi məhsullar vasitəsilə yaraların sağalma prosesini dəstəkləyir,infeksiya riskinin azaldılmasına və pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılmasına töhfə veririk. Məhsullarımız kəskin və xroniki yaraların,eləcə də müxtəlif mürəkkəb yara vəziyyətlərinin idarə olunmasında həkimlərin müasir müalicə yanaşmalarını dəstəkləməyə yönəlib.

Digər mühüm fəaliyyət istiqamətimiz venoz xəstəliklər və flebologiyadır.Varikoz damar xəstəliyi və digər venoz patologiyaların müasir diaqnostika və müalicəsinə yönəlmiş innovativ məhsul və həlləri təqdim etməklə pasiyentlərin gündəlik həyatına təsir edən simptomların idarə olunmasına və həyat keyfiyyətinin yüksəldilməsinə dəstək oluruq.Bu istiqamətdə həkimlərin ehtiyaclarına cavab verən,müasir tibbi yanaşmalara əsaslanan məhsulların əlçatanlığını təmin etməyə çalışırıq.

Bizim üçün hər yara,hər damar xəstəliyi və hər pasiyent fərdi yanaşma tələb edən bir hekayədir.Buna görə də fəaliyyətimizin əsasını yalnız məhsul təqdim etmək deyil,insanların sağlamlığına real dəyər qatmaq təşkil edir.

Araşdırma və inkişaf fəaliyyətlərimizi daim diqqətdə saxlayaraq,müasir elmi nailiyyətləri,innovativ formulaları və qabaqcıl tibbi texnologiyaları məhsul portfelimizə daxil edirik.Məqsədimiz həm pasiyentlər, həm də səhiyyə mütəxəssisləri üçün daha effektiv,təhlükəsiz və müasir tibbi həllər təqdim etməkdir.

PragmaMedical olaraq biz səhiyyənin yalnız bu günün deyil, gələcəyin də ehtiyaclarını düşünərək çalışırıq.Yara müalicəsindən venoz xəstəliklərə,innovativ tibbi həllərdən elmi yanaşmaya qədər hər addımımızın məqsədi eynidir — insan sağlamlığına dəyər qatmaq və daha sağlam gələcəyə töhfə vermək.

Pasiyentlər və həkimlər üçün etibarlı tərəfdaş olmaq bizim əsas prinsiplərimizdən biridir.