Tərkibi: Hər 10q-da: Bromelayn…35mq, Kollagenaza….120mq. Strup gel – təbii ferment tərkibli olmaqla, çapıqlarda və nekrotik toxumaların təmizlənməsi üçün nəzərdə tutulub. Çapıq toxuması əsasən artıq kollagen liflərinin yığılması nəticəsində əmələ gəlir. Kollagenaza - yalnız zədələnmiş kollageni parçalayır, sağlam toxumaya zərər vermir. Qalın çapıq toxumasının yaranmasının qarşısını alır, artıq kollageni parçalayaraq çapıqları azaldır. Çapıq toxumasının yumşalmasına və daha elastik olmasına kömək edir. Kollagenaza fermenti yara səthində toplanmış ölü toxuma (nekrotik kütlə) və fibrini parçalayır. Nekrozun yumşalmasını və təmizlənməsini təmin edir. Sağlam toxumaya zərər vermədən yalnız ölü toxumanı hədəf alır. Yaranın daha sürətli sağalması üçün təmiz səth yaradır. Bromelayn - Ananasdan əldə edilən proteolitik ferment kompleksidir. Zülalları parçalayır, İltihab və ödem əleyhinə təsir göstərir, toxumalarda maye yığılmasını azaldır. Fibroz və sərt toxumanın yumşalmasına yardım edir, nekrotik toxumanın təmizlənməsini gücləndirir. Çapıq sahəsində qan dövranını yaxşılaşdıraraq toxumanın yenilənməsini sürətləndirir. Strup gel – Kompleks təsir göstərir, dərinin elastikliyini bərpa edir, xarici görünüşünü yaxşılaşdırır. Çapıq toxumasını yumşaldır və səthləşdirir, çapığın kiçilməsinə kömək edir. Çapıqları daha az görünən edir, artıq birləşdirici toxuma sintezinin qarşısını alır.Təzə əmələ gəlmiş çapıqlarda (yaradan sonrakı regenerasiya dövründə) daha effektlidir. Keloid və ya köhnə sərt çapıqlarda isə kombinə olunmuş müalicə tələb olunur. Ölü toxumanı seçici şəkildə təmizləyir, sağlam hüceyrələrə zərər vermir.