Maturan – 200 ml maye/sprey

Tərkibi: Hipoxlor turşusu (HOCl-0,05%) – Stabilizasiya olunmuş su əsaslı sprey. Hipoxlor turşusu (HOCl) tibbdə və gündəlik həyatda geniş istifadə olunan təbii antiseptik məhluldur. Bu maddə təbiətdə məlum olan ən geniş təsir spektrinə malik biosiddir. Zəif turşuluğu sayəsində qıcıqlanmaya səbəb olmur və insan sağlamlığına zərər vermir.Güclü antimikrob təsir göstərir – bakteriya, virus, göbələk və biofilmləri məhv edir. HOCl vərəm, Legionella, H1N1 (donuz qripi), M. Chelonea, poliovirus, HİV, Aureus, E. Coli, Candida Albicans, Enterococcus Faecalis, P Aeruginosa, o cümlədən CORONAIRUS kimi patogenlərə qarşı təsirli, canlılarda istifadə edilə bilən yeganə dezinfeksiyaedicidir. İnsan orqanizmində də neytrofillərin (ağ qan hüceyrələrinin) infeksiyalara qarşı müdafiə zamanı istehsal etdiyi təbii molekuldur. İnsan orqanizmi hər hansı bir mikrob hücumuna məruz qaldıqda 1 neytrofil 0,1 mkm hipoklor turşusu əmələ gətirir və bu miqdarın 1 dəqiqə ərzində 15 milyon E.coli-ni öldürdüyü elmi şəkildə sübut edilmişdir. Hüceyrə divarını parçalayır, zülal və lipid strukturlarını oksidləşdirir. Biofilm qatını dağıdır, mikroorqanizmlərin yapışmasını azaldır. Hipoxlor turşusu təbii və təhlükəsizdir – insan orqanizmində də mövcuddur. Qeyri-toksik və qıcıqlandırmır (hətta göz, selikli qişa və uşaqlarda istifadəyə uyğundur). Antibakterial, antiviral, antifungal təsir göstərir. Rezistent mikroorganizmlərin yaratdığı biofilm təbəqəsini eradikasiya edir. Yarada oksigeni artıraraq, sağalmanı sürətləndirir, hüceyrə regenerasiyasını stimullaşdırır. İltihabəleyhinə təsir göstərir – şişkinlik və qızartını azaldır. Antibiotikə rezistentlik yaratmır.