Ferita - yara üçün gel 75qr

Tərkibi: Hər 10q-da: Allantoin...30mq, Nano ionizə gümüş...15mq, Hipoxlor...0,05mq, Pantenol...300mq, Kolostrum Bovine…100mq, Sink oksid…40mq. Alantoin - hüceyrə bərpasını sürətləndirir, toxuma regenerasiyasını dəstəkləyir. Zədələnmiş dəridə epitelizasiyanı gücləndirir, iltihabı azaldır, yara səthində yaranan qıcıqlanmanı aradan qaldırır. Xüsusilə xroniki yaraların sağalmasını sürətləndirir və çapıq toxumanın əmələ gəlməsini azaldır. Nano İonizə Gümüş - güclü antimikrob təsirə malikdir. Bakteriya, göbələk və virusəleyhinə təsir göstərir. Gümüş ionları mikrob hüceyrə membranını zədələyir və onların çoxalmasının qarşısını alır. İnfeksiyaların qarşısını alır, yara səthində biofilm əmələ gəlməsinə mane olur. Hipoxlor turşusu - təbii immun cavabda iştirak edən güclü antiseptikdir. Hüceyrə üçün toksik deyil, amma mikroorqanizmləri sürətlə məhv edir.Yarada patogen yükü azaldır, infeksiyanı təmizləyir, iltihabı azaldır və sağalmanı dəstəkləyir. Pantenol (Provitamin B5) - nəmləndirici, iltihabəleyhinə və regenerasiyaedici təsir göstərir. Dərinin elastikliyini artırır və hüceyrələrin bölünməsini sürətləndirir. Yaranın daha sürətli bağlanmasına, qaşınmanın və quruluğun azalmasına kömək edir. Kolostrum (Bovine – inək mənşəli) - zülallar, immunoqlobulinlər, böyümə faktorları və bioaktiv maddələrlə zəngindir. İmmuniteti dəstəkləyir və toxuma regenerasiyasını stimullaşdırır.Yara yerində immun cavabı gücləndirərək sağalmanı sürətləndirir. Sink Oksid - antiseptik və quruducu xüsusiyyətlərə malikdir. Dəri baryerini gücləndirir və yeni toxumanın yaranmasını dəstəkləyir.Yaranın infeksiyadan qorunmasına və epitelizasiyanın sürətlənməsinə yardım edir. Ferita gel antiseptik, antimikrob, iltihabəleyhinə, immun dəstəkləyici tərkibi sayəsində infeksiyanın qarşısını alır və regenerasiyanı sürətləndirir. Toksiki olmadan, hüceyrələrə zərər vermədən, nəmləndirici və bərpaedici xüsusiyyətləri, yara sağalmasını sürətləndirir