Təsvir:
Klinik əsaslandırılmış, protokollarda yer alan müasir antiseptik həll
Maturan® – 200 ml həcmli, 0.055% stabil hipoxlor turşusu (HOCl) tərkibli yüksək saflıqlı antiseptik spreydir.
Hipoxlor turşusu insan immun sistemində neytrofillər tərəfindən sintez olunan oksidləşdirici molekuldur və mikroorqanizmlərə qarşı fizioloji müdafiə mexanizminin əsas komponentidir.
Farmakodinamik xüsusiyyətlər:
0.055% konsentrasiyada stabilizə olunmuş HOCl:
• Qram-müsbət və qram-mənfi bakteriyalara
• Viruslara
• Göbələklərə
• Spor formalarına
qarşı geniş spektrli, sürətli bakterisid, virusid və fungisid təsir göstərir.
Oksidləşdirici təsir yolu ilə mikroorqanizmlərin hüceyrə membranının lipidlərini, zülal strukturlarını və ferment sistemlərini denaturasiya edir, nəticədə sürətli inaktivasiya baş verir.
HOCl’un sitotoksikliyi yoxdur, fibroblast və keratinosit proliferasiyasını inhibə etmir və epitelizasiyanı dəstəkləyir.
Klinik əsaslandırma və protokol uyğunluğu
Hipoxlor turşusu əsaslı məhlullar:
• Müasir yara baxımı protokollarında
• Postoperativ antiseptik qulluq standartlarında
• Dermatoloji və estetik prosedur sonrası baxım alqoritmlərində
effektiv və təhlükəsiz antiseptik kimi tövsiyə olunur.
Üstünlükləri:
• 0.055% stabil HOCl – optimal terapevtik konsentrasiya
• Geniş antimikrob spektr
• Rezistentlik riski yaratmır
• Spirtsiz və yodsuz formul
• Toxuma dostu, qıcıqlandırmayan profil
• Praktik və aseptik tətbiq imkanı verən sprey forması
Göstərişlər:
- • Açıq yaralar
- • Xroniki yaralar
- • Venoz yaralar
- • Diabetik yaralar
- • Cərrahi yaralar
- • Sarğıların təmizlənməsi və baxımı
- • Yanıqlar
- • Akne vulgaris və akne sonrası iltihabi lezyonlar
- • Piyodermiyalar və səthi bakterial infeksiyalar
- • Rozasea
- • Yara baxımı və post-prosedur infeksiyalar
- • Lazer, kriodestruksiya və elektrokoaqulyasiya öncəsi və sonrası baxım
- • Kosmetoloji prosedurlardan öncə və sonra
- • Göbələk və viral dəri infeksiyaları
- • Seboreik dermatit
- • Genital və perianal nahiyə infeksiyaları
- • Kondiloma akuminata (HPV) sonrası lokal antiseptik baxım
- • Herpes simplex virus (HSV) lezyonlarında dəstəkləyici müalicə
- • İnfeksion uretral və ya genital dəri qıcıqlanmalarında lokal tətbiq
- • Atopik dermatit və kontakt dermatit
- • Həssas dərinin nəmləndirilməsi və gündəlik baxım
- • Postpartum perineal yaralar
- • Servikal prosedur öncəsi və sonrası
- • Labioplastika, hudoplastika öncəsi və sonrası qulluq
- • Vaginal rejuvenasiya prosedurları öncəsi və sonrası
- • HPV lezyonlarının cərrahi çıxarılmasından öncə və sonra
- • Perineoplastika öncəsi və sonrası
- • Lazer və ya radiofrekans prosedurları öncəsi və sonrası
- • İntim bölgədə dermatozlarda sekundar infeksiya profilaktikası
- • Bartholin kistası drenajı öncəsi və sonrası
- • Uşaq vulviti
- • Göbək yarası
- • Oral mukozit
- • Uşaqlarda sünnət sonrası baxım
- • Süd verən analarda məmə ucu çatlaqları
- • Gingivit
- • Blefarit, konyuktivit